...

Gəncə yazarları Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

Mədəniyyət Materials 12 İyun 2015 16:43 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Gəncə yazarları Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsində 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə AYB-nin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova ulu öndərin Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasında böyük rolundan söz açıb.

X.Hüseynova deyib: "Biz bilirik ki, nə qədər Azərbaycan var, övladlarımız var, ulu öndərimiz heç vaxt yaddan çıxmayacaq. Çünki onun gördüyü işlər, qeyri- adiliyi, hələ kəşf olunmamış o qədər xüsusiyyətləri vardı ki, nə qədər biz ondan söz açsaq, ulu öndərin yaradıcılığından danışıb qurtara bilmərik".

Daha sonra çıxış edənlər ümummilli liderin xalqın təkidli tələbi ilə Bakıya qayıdışından, bununla da daxili və xarici düşmənlərin bütün planlarının iflasa uğramasından bəhs ediblər.

Tədbirdə ədiblər ulu öndər Heydər Əliyevə və Milli Qurtuluş Gününə həsr olunan şeirlər səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti