...

Alim Qasımov bu dəfə "Vovo" qrupu ilə birgə çıxış edəcək

Mədəniyyət Materials 17 İyul 2015 14:34 (UTC +04:00)
İyulun 17-də muğam ustadı, xalq artisti Alim Qasımov və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımova Polşaya yola düşəcək.
Alim Qasımov bu dəfə "Vovo" qrupu ilə birgə çıxış edəcək

Azərbaycan, Bakı, 17 iyul /Trend/

İyulun 17-də muğam ustadı, xalq artisti Alim Qasımov və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımova Polşaya yola düşəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, muğam ifaçılarımız iyulun 18-də sənətkarlar Polşada keçiriləcək "Jarocin 2015" musiqi festivalında çıxış edəcəklər. Festival çərçivəsində onların Polşanın "Vovo" musiqi qrupu ilə birgə çıxışı da planlaşdırılır.

"Vovo" qrupunun iki mahnısını duet şəkilində oxuyan xanəndəmizin ifası qrupun son diskində yer alıb. Bu səbəbdən qrupun solistləri "Jarocin 2015" festivalında A.Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər. İfa zamanı həmvətənlərimizi polşalı qrup müşayiət edəcək.

Qeyd edək ki, A.Qasımovun növbəti konsert proqramı avqust ayında Malayziyada reallaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti