...

Azərbaycan cizgi filmi XXII KROK Animasiya Filmləri Festivalında iştirak edəcək

Mədəniyyət Materials 29 İyul 2015 14:57 (UTC +04:00)
Azərbaycan bu il sentyabrın 20-28-də Sankt-Peterburq daxil olmaqla Rusiyanın şimal-qərbindəki bir neçə şəhərində keçiriləcək XXII KROK Aninasiya Filmləri Festivalında iştirak edəcək.
Azərbaycan cizgi filmi XXII KROK Animasiya Filmləri Festivalında iştirak edəcək

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan bu il sentyabrın 20-28-də Sankt-Peterburq daxil olmaqla Rusiyanın şimal-qərbindəki bir neçə şəhərində keçiriləcək XXII KROK Animasiya Filmləri Festivalında iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, festivalın seçim komissiyası təqdim olunmuş 871 filmdən 42 ölkəni təmsil edən 176 filmi altı müsabiqə proqramına daxil edib. "Azanfilm" studiyasının "Birlik" yaradıcılıq birliyi ilə istehsal etdikləri "Köhnə saat" cizgi filmi Off Limits müsabiqə proqramında İtaliya, Rusiya, Estoniya, Çin, Cənubi Afrika, Belçika və başqa ölkələrdə çəkilmiş filmlərlə yarışacaq.

"Köhnə saat" filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanovadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti