...

“28 Cinema”da eksklüziv nümayiş olacaq

Mədəniyyət Materials 11 Avqust 2015 13:02 (UTC +04:00)
Kinoteatr “Klub Vinks – Cadugarlar məktəbi”nin yeddinci mövsümünün başlanmasını təqdim edir.
“28 Cinema”da eksklüziv nümayiş olacaq

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Kinoteatr "Klub Vinks - Cadugarlar məktəbi"nin yeddinci mövsümünün başlanmasını təqdim edir.

Super xəbər! "28 Cinema" Sizlərə, eksklüziv olaraq böyük ekranda "Klub Vinks - Cadugarlar məktəbi"nin yeddinci mövsümünün başlanmasını təqdim edir.

Vinks pəriləri yeni sınaqlar ilə qarşılaşacaqlar: bu dəfə onlar Nağıl Heyvanları təhlükəli və qəzəbli Kalşar və onun qardaşı, cadugar Brafiliusdan xilas etmək üçün Sehrli Kainata (həmçinin yer kürəsinə) səyahətə yollanacaqlar. Vinks pəriləri Batterfliks gücü ilə təmin olunacaqlar, hansının ki, köməyi sayəsində onlar altı Sehrli Heyvanlar ilə dostlaşacaqlar.

Serial həvəskarları ilk üç seriyanı televiziyada yayımdan əvvəl izləmək üçün unikal imkan əldə edəcəklər. Qeyd edək ki, seriyalın eksklüziv nümayiş hüququ yalnız məhdud sayda kinoteatrda təqdim olunub. Azərbaycanda isə bu hüquq yalnız "28 Cinema"ya verilib.
Nümayişlər yalnız 15,16,29 və 30 avqust tarixlərində keçiriləcək. Biletlərin sayı məhduddur.

http://www.youtube.com/watch?v=ckQNeJrLl6o
"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Cappuccino coffee house" və "Blackberry" restoranı yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti