...

Bakıda BMT-nin Forumu keçiriləcək

Mədəniyyət Materials 26 Oktyabr 2015 10:23 (UTC +04:00)
Azərbaycanın Mədəniyyət və Turizm nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansı arasında saziş imzalanıb.
Bakıda BMT-nin Forumu keçiriləcək

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycanın Mədəniyyət və Turizm nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansı arasında saziş imzalanıb.

Nazirlikdən Trend-ə daxil olan məlumata görə, saziş mədəniyyət naziri Əbülfəs Qarayevlə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri arasında görüş çərçivəsində imzalanıb.

Sazişə əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 2016-cı il 25-27 aprel tarixində Bakıda keçiriləcək. İmzalanan saziş ev sahibi ölkə ilə BMT Sivilizasiyalar Alyansı arasında müvafiq öhdəlik və tələbləri nəzərdə tutur.

Görüş zamanı həmçinin, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq məsələlərinə toxunulub.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə müxtəlif dövlət qurumlarının rəhbər şəxslərindən ibarət Təşkilat Komitəsinin yaradılması bu qlobal tədbirin ölkə rəhbərliyi səviyyəsində xüsusi diqqətdə saxlanılmasının göstəricisidir.

BMT-nin yaradılmasının 70 illik yubiley günü olan 24 oktyabr tarixində müqavilənin imzalanması Azərbaycan Hökuməti ilə BMT arasında əməkdaşlıqda simvolik məna daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti