...

Əbdürrəhim bəy Haqverdiyevin "Seçilmiş hekayələr"i macar dilində (FOTO)

Mədəniyyət Materials 29 Oktyabr 2015 16:07 (UTC +04:00)
Görkəmli yazıçı və ictimai xadim, diplomat Əbdürrəhim bəy Haqverdiyevin (1870-1930) "Seçilmiş hekayələr" kitabı macar dilində nəşr edilib.
Əbdürrəhim bəy Haqverdiyevin "Seçilmiş hekayələr"i macar dilində (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə görkəmli yazıçı və ictimai xadim, diplomat Əbdürrəhim bəy Haqverdiyevin (1870-1930) "Seçilmiş hekayələr" kitabı macar dilində nəşr edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, kitabın tərtibçisi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya doktoru, professor Asif Rüstəmlidir. Yazıçının "Şeyx Şaban", "Bomba", "Mirzə Səfər", "Uca dağ başında" və başqa populyar hekayələrinin yer aldığı kitabı orijinaldan macar dilinə tanınmış azərbaycanşünas alim, Budapeştdəki ELTE Universitetinin dosenti Mariya Keneşi çevirib.

Səfir Vilayət Quliyev nəşrə Ə.Haqverdiyevin ədəbi və diplomatik fəaliyyətindən söz açan əhatəli müqəddimə yazıb.

İndiyə qədər səfirlik xətti ilə çap olunan digər kitablar kimi Ə.Haqverdiyevin "Seçilmiş hekayələri" də təmənnasız olaraq Macarıstanın 200-ə yaxın kitabxanasına, Budapeştdəki Yunis İmrə Türk Kültürü İnstitutuna hədiyyə edilib.

Bu günlərdə ELTE universitetinin türkoloq tələbələrinin iştirakı ilə Azərbaycan dilinin də öyrənildiyi Türk bölümündə kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti