...

Rəsul Rza yaradıcılığı Gəncə yazarlarının diqqətində FOTO)

Mədəniyyət Materials 1 Dekabr 2015 10:02 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Rəsul Rza yaradıcılığının özəl xüsusiyyətləri” mövzusunda tədbir keçirilib.
Rəsul Rza yaradıcılığı Gəncə yazarlarının diqqətində FOTO)

Bakı. -Trend:

Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Rəsul Rza yaradıcılığının özəl xüsusiyyətləri" mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova açıb. O, Rəsul Rza yaradıcılığının özəl xüsusiyyətlərindən söz açaraq söyləyib ki, böyük şairimiz qeyri-adi istedadı, gərgin zəhmət və yuxusuz gecələri hesabına çağdaş ədəbiyyatımızda yeni cığır salaraq Rəsul Rza məktəbi yaratdı. Az keçmədi ki, bu məktəbin Əli Kərim, Fikrət Qoca, İsa İsmayılzadə, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə və digər körkəmli simalar yetişdi.

Eyni zamanda R.Rza görkəmli ictimai xadim kimi Azərbaycan Ədəbiyyatının inkişafında misilsiz xidmət göstərmişdi. AYB-nin sədri, Azərbaycan Kinematoqrafiya naziri, Azərbaycan Ensiklopediyasının baş redaktoru, Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri, Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü olmuşdur. O, həmçinin Sosialist Əməyi Qəhrəmanı və xalq şairi kimi böyük titulların sahibi idi.

Sonra yazıçı Qərib Mehdi çıxış edərək qeyd etdi ki, R.Rzanın "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin Həyatı və taleyidir. Bununla belə R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərib.

Şair və yazıçılar Nadir Ovçu, Saleh Qurbanov, Aləmzər Əlizadə, İnqilab İsaq, Mikayıl Yanar, Oqtay Abdulla, Bayram Göyçəli, Lətif Zərgər, Rəhim Qurbani, Ramiz Təmkin, İmamverdi Məmmədov və digərləri çıxış edərək R.Rzanın cəsarətli qələm sahibi olmasından istedadlara xeyirxah və qayğıkeş münasibətindən, poeziyanın incəliklərindən zərgər dəqiqliyi ilə istifadə etməsindən söz açıblar və ona həsr etdikləri şeirlərini oxuyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti