Bakı. Trend:
Art production-ın təşkilatçılığı ilə Azərbaycanın milli ornament və naxışlarını əks etdirən uşaq moda müsabiqəsinə start verilib.
Trend-in məlumatına görə, yanvarın 23-də "Kempinski" hoteldə baş tutacaq bu tədbirdə tanınmış simalar münsiflər heyəti kimi iştirak edəcəklər. Bu tədbirdə 6 nominasiya nəzərdə tutulub. 3 yeri "İnstaqram" vasitəsilə, yəni tamaşaçıların qərarı ilə, növbəti 3 yeri isə münsiflər heyəti müəyyən edəcək.
Qaliblərə sertifikatlar və simvolik hədiyyələr veriləcək.
Əlaqə nömrələri: (055) 5145491, (055) 9699921
İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az və Azernews.az-dır.