...

Boşanmış Brüs Uillis və Demi Mur sevgili evlilər olacaq

Mədəniyyət Materials 9 Fevral 2016 11:50 (UTC +04:00)
Hollivud ulduzları Brüs Uillis və Demi Mur boşandıqdan 16 il sonra birlikdə yeni filmə çəkiləcəklər.
Boşanmış Brüs Uillis və Demi Mur sevgili evlilər olacaq

Bakı. Elçin Hüseynov - Trend:

Hollivud ulduzları Brüs Uillis və Demi Mur boşandıqdan 16 il sonra birlikdə yeni filmə çəkiləcəklər. Trend TASS-a istinadən xəbər verir ki, B.Uillis və D.Mur Hollivudun yeni filmində baş rollarda oynayacaqlar.

Filmin ssenarisi sirr olaraq saxlanılsa da, məlum olub ki, aktyorlar bir-birini sevən və sadiq olan evlilər rollarında çıxış edəcəklər.

53 yaşlı D.Mur son zamanlar vaxtını uşaqlarına həsr edir və az sayda fimlərdə çəkilir. 60 yaşlı B.Uillis isə yeni rollardan imtina etmir və cəkiliş meydançalarında daha tez-tez görünür. Bu yaxınlarda B.Uillis "Möhkəm qoz" ("Die Hard") filminin davamında çəkilməyə razılıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti