...

Mərdəkan Mədəniyyət Sarayına yeni təyinat olub

Mədəniyyət Materials 16 Fevral 2016 14:01 (UTC +04:00)
Mədəniyyət ve Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri vəzifəsinə Kamran İsrafilov təyin edilib.
Mərdəkan Mədəniyyət Sarayına yeni təyinat olub

Bakı. Trend:

Mərdəkan Mədəniyyət Sarayına yeni təyinat olub. Trend-in məlumatına görə, Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri vəzifəsinə Kamran İsrafilov təyin edilib.

Qeyd edək ki, K.İsrafilov Heydər Əliyev Fondunun təçəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri" adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

Həmçinin, İTV televiziya kanalında uşaq və digər verilişlərdə aparıcı olub, son ildə özünü aktyor kimidə sınayıb və bu yaxınlarda təqdimatı keçirilən Arzu Əliyevanın prodyuserliyi ilə çəkilmış "Əbədi ezamiyyət" sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.

K.İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr Studiyasının rejissorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti