...

Musiqi məktəbinin rəhbərliyinə xəbərdarlıq edilib

Mədəniyyət Materials 29 Fevral 2016 13:30 (UTC +04:00)
6 saylı Uşaq Musiqi məktəbinin rəhbərliyinə xəbərdarlıq edilib.
Musiqi məktəbinin rəhbərliyinə xəbərdarlıq edilib

Bakı. Trend:

6 saylı Uşaq Musiqi məktəbinin rəhbərliyinə xəbərdarlıq edilib. Trend-in məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi aparılan yoxlamaların nəticələrini əsas tutaraq əmək fəaliyyətlərində buraxdıqları nöqsanlara görə tabeliyində olan Ə.Bakıxanov adına 6№ -li Uşaq Musiqi məktəbinin direktoru Almaz Əhmədovaya və məktəbin tədris işləri üzrə direktor müavini İlahə Ağayevaya yazılı xəbərdarlıqlar edib.

Xatırladaq ki, idarənin ilin əvvəlindən apardığı yoxlamalarına əsasən tabeliyində olan mədəniyyət müəssisələrinin bir neçə əməkdaşı da töhmət və xəbərdarlıqlar alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti