...

Mərdəkan Mədəniyyət Sarayında “Əbədi ezamiyyət” filmi nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 10 Mart 2016 14:46 (UTC +04:00)
Martın 09-da Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin Mərdəkan Mədəniyyət sarayında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” filmi nümayiş olunub.
Mərdəkan Mədəniyyət Sarayında “Əbədi ezamiyyət” filmi nümayiş olunub (FOTO)

Bakı. Trend:

Martın 09-da Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin Mərdəkan Mədəniyyət sarayında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə çəkilən "Əbədi ezamiyyət" filmi nümayiş olunub.

Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Polis Akademiyasının, Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti, qəsəbə sakinləri iştirak ediblər.

Nümayişdən qabaq sarayın bədii rəhbəri Kamran İsrafilov film haqqında qısa məlumat verdikdən sonra tamaşaçıları filmə baxmağa dəvət edib.

Film Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında Parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Filmin baş produsseri Arzu xanım Əliyeva filmin hazırlanması üçün il yarım müddətində yaradıcı qrupu Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparmaq üçün şərait yaratmış və bu şəhərlərdə video və foto çəkilişlər etməsini təmin etmişdir. Bu film Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əkbər ağa Şeyxülislamov, Xəlil bəy Xasməmmədli, Əhməd bəy Ağayev, Məmməd Məhərrəmov, Ceyhun Hacıbəyli, Miryaqub Mirmehdiyev, Abbas bəy Atamalıbəyov kimi şəxsiyyətlərdən bəhs edir.

"Əbədi ezamiyyət" filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı ilk sənədli film 2015-ci ilin mayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və "National Geographic" kanalı ilə 26 ölkədə nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti