...

Məktəb və mədəniyyət müəssisələrinin direktorlarına xəbərdarlıqlar edildi

Mədəniyyət Materials 1 Aprel 2016 13:13 (UTC +04:00)
Məktəb və mədəniyyət ocaqlarının direktorlarına xəbərdarlıqlar edilib.
Məktəb və mədəniyyət müəssisələrinin direktorlarına xəbərdarlıqlar edildi

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar davam edir.

Trend-ə verilən məlumata görə, yoxlama və araşdırmaların nəticələrinə əsaslanaraq 24 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru İsayeva Samirə Məmməd qızına və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məcidova Elmara Qəzənfər qızına yazılı xəbərdarlıq edilib.

Həmçinin, 24 nömrəli Onbirillik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Həsənova Rəna Zakir qızına və Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Yaqubov Rüstəm Qüdrət oğluna töhmət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti