...

Qarabağ atının izi ilə yeni bir sənədli səyahət

Mədəniyyət Materials 12 Aprel 2016 11:25 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və "BP Azərbaycan" "Azərbaycanfilm" və "STUDIO TOR 1 Filmproduktion" (Berlin, Almaniya) studiyası ilə birlikdə “Sarılar - Qarabağ atının izi ilə” adlı yeni sənədli filmin təqdimatını elan edir.
Qarabağ atının izi ilə yeni bir sənədli səyahət

Bakı. Trend:

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və "BP Azərbaycan" "Azərbaycanfilm" və "STUDIO TOR 1 Filmproduktion" (Berlin, Almaniya) studiyası ilə birlikdə "Sarılar - Qarabağ atının izi ilə" adlı yeni sənədli filmin təqdimatını elan edir.

"BP Azərbaycan"dan Trend-ə verilən məlumata görə, beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş bu film dünyada az sayda qalmış nadir cins atlardan olan Qarabağ atlarının daha geniş tanınması məqsədini daşıyır. Filmin əsas xəttini 1956-cı ildə Kraliça II Elizabetə hədiyyə edilmiş Qarabağ atının - "Qızılı Oğlan"ın qohumlarının axtarışı təşkil edir.

Avropadan keçməklə Qafqaz dağlarının ətəklərinədək çox uzun və təsirli bir səyahətə çevrilən bu axtarış həmin Qarabağ atının nəslinin davamçılarını, xüsusilə də ona bənzəyən "II Qızılı Oğlan"ı öz vətəni Azərbaycanda sağ-salamat və məğrur tapmaqla nəticələnir. Film insanların və onların dostu olan heyvanların bir-birinə, həm də öz torpaqlarına sıx bağlılığı mövzusunu bir daha gündəmə gətirir.

Filmin rəsmi təqdimat mərasimi 15 aprel tarixində Nizami Kino Mərkəzində keçiriləcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: "Bu film insanların heyvanları öz həyatlarının, ən başlıcası isə öz mədəniyyətlərinin bir parçası kimi qəbul etmələri haqqında təsirli bir hekayədir. Biz BP şirkəti olaraq, mədəni irsə dəstək verməyi sosial fəaliyyətimizin əsas sahələrindən biri kimi seçmişik. Azərbaycanda olduğumuz 20 ildən artıq bir müddət ərzində iri neft və qaz yataqlarının istismarı ilə yanaşı, biz həm də çoxsaylı uğurlu sosial və mədəni irslə bağlı layihələr hazırlamış və həyata keçirmişik. Bu layihələr əsasən təhsil, təlim və ixtisas artımı yolu ilə yerli icmaların inkişafına dəstək, yerli müəssisələrə iqtisadi imkanlar yaratmaq, idman və mədəni irsin inkişafına dəstək, ətraf mühitin qorunması və sair sahələri əhatə edir. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi biz bu mühüm sosial inkişaf sahələrinə sərmayə qoymaqda davam etmək niyyətindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti