...

Mərkəzi Elmi Kitabxanada saxlanılan ən qədim kitabların təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 2 İyun 2016 17:14 (UTC +04:00)
Mərkəzi Elmi Kitabxanada saxlanılan ən qədim kitabların təqdimatı keçirilib.
Mərkəzi Elmi Kitabxanada saxlanılan ən qədim kitabların təqdimatı olub (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Mərkəzi Elmi Kitabxanada saxlanılan ən qədim kitabların təqdimatı keçirilib.

Trend-in məlumatına görə, Mərkəzi Elmi Kitabxananın əməkdaşı Günel Əhədova Mərkəzi Elmi Kitabxanada və ümumilikdə Azərbaycanda mövcud olan 10 ən qədim kitab haqqında məlumat verib. O bildirib ki, həmin kitablar "Oeconomicorum Aristotelis libeli cum comentariis Leonardi Aretini" (Tərcüməsi: "Aristotel iqtisadiyyat haqqında Leonardi Aretininin fikirləri. 1508-ci il), "Hesoidi poete Georgicoru liber: per Nicolaum de Valle couersus e greco in latinum" (Müəlliflər: Hesiodus, Nicolaus de Valle. 1520-ci il), "Blondi Flavii Farliviensis, De Roma triumphante libri decem..." (Tərcüməsi: "10 kitab təntənəli sürətdə Roma kilsəsinə göndərildi". Müəllifi Flavius Blondusdur. 1533-cü il), "Optimae quaeque sententia extato Novo Testamento selectae in usum puerorum, unde cunabula quaedam & elementa verae virtutis discere possint, une cum aliquante Latinae linguae notitia" (Tərcüməsi: "Bu kitab uşaqlar üçün nəzərdə tutulub və latın dilinin bəzi elementlərinin öyrədilməsi üçündür". Müəllifi: Johannes Lithocomus. 1540-cı il), "Chronicum abbatis Vespergensis continens historiam rerum memorabilium a Nino Assuriorum rege ad tempora Friderici. Romanorum imperatoris recognitum rerum memorabilium Paraleipomena rerum memorabilium a Friderico, usque ad Coralum" (Tərcüməsi: "Kitab tarixi mövzudadı, Aşşur padşahı 2-ci Fredrixdən bəhs olunur". Müəlliflər: Burcardus aus Biberach, Caspar Hedio. 1540-cı il), "Supputatio Annorum Mundi" (Müəllif Martin Lütherdir. 1541-ci il), "D. Caecilii Cupriani episcopi Carthaginensis et marturis Opera". (Müəlliflər: Cuprien, Erasme. 1544-cü il). "Pavli lovii Novocomensis Episcopi Nucerini Historiarum sui temporis". (Tərcüməsi: "Bir yepiskopdan bəhs edir", Müəllif: Paolo Giovo. 1547-ci il). "Tractatus de indiciis homicidii ex proposito commissi & de aliis indiciis homicidii & furti, ad legem finalem ff.de quaestionibus" (Tərcüməsi: "Adam öldürmə, oğurluq, cinayət məsələləri ilə bağlı məlumatlar əks olunub". 1549-cu il). Müəllif: Marcantinii Blanci Patavini, "Regulae intelligendi Scripturas sacras"dır (Tərcüməsi: "Müqəddəs yazıların başa düşülmə qaydalarından bəhs edilir" (1553-cü il)".

Tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Güllü Yoloğlu belə unikal kitabların rəqəmsallaşdırılmasını yüksək qiymətləndirərək, kitaba əllə toxunmağın fərqliliyini, onun oxucunu keçmişə qaytardığını vurğulayıb.

İnstitutunun elmi işçisi İsmayıl Umudlu qədim kitabların təqdimatının keçirilməsini kitabxanaçılıq sahəsində fərqli bir meyar olduğunu diqqətə çatdırıb.

O, gələcəkdə Azərbaycana aid olan ən qədim kitabların təqdimatının keçirilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti