...

Azərbaycan Yazıçılar Birliyində bəzi bölgə filialları mükafatlandırıldı (FOTO)

Mədəniyyət Materials 14 İyun 2016 13:26 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyində bəzi bölgə filiallarının toplantısı keçirilib. Trend-in məlumatına görə, tədbirdə AYB-nin birinci katibi Fikrət Qoca və Yaradıcılıq məsələləri üzrə katib İlqar Fəhmi də iştirak edib. Toplantıda AYB-nin son il ərzində aktiv fəaliyyət göstərən Gəncə, Abşeron və Beyləqan bölmələrinin illik hesabatları dinlənilib, gələcək fəaliyyətləri üçün müzakirələr aparılıb
Azərbaycan Yazıçılar Birliyində bəzi bölgə filialları mükafatlandırıldı (FOTO)

Bakı-Trend:

Azərbaycan Yazıçılar Birliyində bəzi bölgə filiallarının toplantısı keçirilib. Trend-in məlumatına görə, tədbirdə AYB-nin birinci katibi Fikrət Qoca və Yaradıcılıq məsələləri üzrə katib İlqar Fəhmi də iştirak edib. Toplantıda AYB-nin son il ərzində aktiv fəaliyyət göstərən Gəncə, Abşeron və Beyləqan bölmələrinin illik hesabatları dinlənilib, gələcək fəaliyyətləri üçün müzakirələr aparılıb. Tədbirin sonunda adı çəkilən bölmələrin rəhbərləri mükafatlandırılıb:

Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin rəhbəri Şəhla Ağbulud Rayon təhsil şöbəsi ilə birlikdə, rayonun orta məktəblərində çoxsaylı ədəbi-bədii tədbirlər, ədəbi müsabiqələr, intellektual yarışmalar keçirdərək, Abşeron rayonunda yeniyetmələr arasında Ədəbiyyatı aktiv şəkildə təbliğ etdiyinə görə:

Azərbaycan Yazıçılar Birliyinin rəhbəri Xəzangül Hüseynova Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Gəncədə ədəbi mühiti aktivləşdirərək; yeni ədəbi qüvvələri cəlb etdiyinə; çoxsaylı ədəbi-bədii tədbirlər keçirdiyinə və yerli ədəbi mətbuatı canlandırdığına görə:

Azərbaycan Yazıçılar Birliyi Beyləqan bölməsinin rəhbəri Asif Cəfərli Rayonun ədəbi qüvvələrini səfərbər edərək döyüş bölgəsindəki hərbi his­sələrdə çoxsaylı ədəbi-bədii tədbirlər keçirdərək hərbiçilər arasında və­tən­pər­vərlik ruhunun yüksəlməsinə göstərdiyi xidmətlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Fəxri fərmanı ilə təltif olunmüşlar.

Tədbirin sonunda bölmə rəhbərləri AYB rəhbərliyinə təşəkkür edib və gələcəkdə də aktiv fəaliyyət göstərəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti