...

Təranə Mahmudova və Fatimə Fətəliyeva "Retro Bakı" layihəsində (FOTO)

Mədəniyyət Materials 22 Avqust 2016 13:16 (UTC +04:00)
Təranə Mahmudova və  Fatimə Fətəliyeva "Retro Bakı" layihəsində (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi çərçivəsində Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə konsertlər davam edir.

Bu barədə Trend-ə idarədən məlumat verilib.

Bu həftə keçirilən konsertlərdə tanınmış müğənni Təranə Mahmudova, rəqqasə Fatimə Fətəliyeva, gənc  müğənnilər Nofəl Aslanov, Mircabbar Mirbabayev, Günel İlqarlı, Rasim Əsgərəliyev, Aynur Əliyevə, Nigar Süleymanova, Səbinə İsmayılova, Rus folklor ansamblı, “Xan”  və “Banu” rəqs qrupları maraqlı çıxışlarını təqdim ediblər.

İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqslərə tamaşa edib və rəngarəng musiqi nömrələrini dinləyiblər.

Qeyd edək ki, layihə tədbirləri oktyabrın ortalarınadək davam edəcək.
 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti