...

Şimali Osetiya rəqqasları Bakıda oynayacaqlar

Mədəniyyət Materials 17 Oktyabr 2016 18:11 (UTC +04:00)
Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının “Alan” rəqs ansamblının konserti olacaq.
Şimali Osetiya rəqqasları Bakıda oynayacaqlar

Bakı. Trend:

Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının “Alan” rəqs ansamblının konserti olacaq.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumaat görə, konsert proqramına müxtəlif illərin repertuarından ən yaxşı xoreoqrafik nömrələr daxil edilib. Ansamblın repertuarında təkcə osetin deyil, Qafqazın digər xalqlarının da rəqsləri yer alıb.

“Alan” ansamblının kollektivi fəaliyyətə başladığı vaxtdan dünyanın müxtəlif yerlərində Osetiya mədəniyyətini uğurla təmsil edib və öz sənətkarlığı ilə milyonlarla insanın qəlbinə yol tapıb.

Ansamblın bədii rəhbəri Şimali Osetiya Respublikasının Xalq Artisti Timur Sikoyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti