...

Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa keçiriləcək

Mədəniyyət Materials 18 Oktyabr 2016 14:07 (UTC +04:00)
Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın solisti, Azərbaycan Respublikasının Xalq Artisti, Prezidentin Fəxri təqaüdçüsü Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa - Müslüm Maqomayevin "Şah İsmayıl" operasının tamaşası keçiriləcək.
Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa keçiriləcək

Bakı. Trend:

Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın solisti, Azərbaycan Respublikasının Xalq Artisti, Prezidentin Fəxri təqaüdçüsü Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa - Müslüm Maqomayevin "Şah İsmayıl" operasının tamaşası keçiriləcək.

Yubilyar bu tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edəcəkdir.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Şahlar Quliyev teatrın səhnəsində həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaradıb. "Koroğlu"da Həsən xan, Eldar, "Leyli və Məcnun"da Nofəl, "Arşın mal alan"da Süleyman, "O olmasın, bu olsun"da Qoçu Əsgər, "Natəvan"da Qasım bəy Zakir, "Aida"da Amonasro, "Karmen"də Eskamilio və s.

Noyabrın 2-də baş tutacaq tamaşada "Şah İsmayıl" rolunu Əməkdar Artist Təyyar Bayramov, Gülzar rolunu Əməkdar Artist Fəridə Məmmədova, Ərəbzəngi partiyasını isə Afaq Ağayeva ifa edəcəklər.

Tamaşanın dirijoru Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti