...

Samir Cəfərov Moskvada Üzeyir Hacıbəylinin əsərlərini ifa edəcək

Mədəniyyət Materials 18 Oktyabr 2016 14:10 (UTC +04:00)
Oktyabrın 28-də Moskvanın A.Çaykovski adına konsert zalında MDB ölkələri sənətçilərinin iştirakı ilə "SSRİ-də doğulmuşlar" adlı konsert keçiriləcək.
Samir Cəfərov Moskvada Üzeyir Hacıbəylinin əsərlərini ifa edəcək

Bakı. Trend:

Oktyabrın 28-də Moskvanın A.Çaykovski adına konsert zalında MDB ölkələri sənətçilərinin iştirakı ilə "SSRİ-də doğulmuşlar" adlı konsert keçiriləcək.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, konsertdə digər müstəqil dövlətlər birliyi ölkələrinin mədəniyyət xadimləri ilə yanaşı Azərbaycanlı vokalçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Xalq artisti, Prezident mükafatçısı Samir Cəfərov da iştirak edəcək.

S.Cəfərov tədbirdə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus əsərlər ifa edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti