...

"Sevil" yenidən qayıdır...

Mədəniyyət Materials 19 Oktyabr 2016 18:28 (UTC +04:00)
Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Sevil" operası növbəti dəfə səhnəyə qoyulacaq.
"Sevil" yenidən qayıdır...

Bakı. Trend:

Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Sevil" operası növbəti dəfə səhnəyə qoyulacaq.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, milli opera sənətimizin ən dəyərli nümunələrindən biri olan bu tamaşada indiyə kimi vokal məktəbinin görkəmli nümayəndələri çıxış etmiş və etməkdədirlər. Bu dəfəki tamaşanın özəlliyi ilk dəfə əsas partiyalardan biri Balaşı Xalq artisti Samir Cəfərovun ifa etməsidir.

Opera səhnəsinə Koroğlu rolu ilə gələn və bir sıra klassik operalarda aparıcı partiyaları ifa edən istedadlı müğənni bu dəfə Balaş rolunda səhnəyə cıxacaq.

Onun tərəf-müqabilləri əməkdar artistlər İlahə Əfəndiyeva (Sevil), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əkrəm Poladov (Əbdüləli bəy) və başqalarıdır.

Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti