...

"Məhəmməd Füzulinin qəzəl dünyası" muğam gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 17 Noyabr 2016 13:45 (UTC +04:00)
Ötən gün Heydər Əliyev Sarayında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərindən ibarət muğam gecəsi keçirilib.
"Məhəmməd Füzulinin qəzəl dünyası" muğam gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Ötən gün Heydər Əliyev Sarayında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərindən ibarət muğam gecəsi keçirilib.

Trend-in məlumatına görə, "Məhəmməd Füzulinin qəzəl dünyası" adlanan konsert proqramında xalq artistləri Əminə Yusifqızı, Mənsum İbrahimov, Gülyaz Məmmədova, əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov, əməkdar artistlər Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Sevinc Sarıyeva, Səbuhi İbayev, Almaz Orucova, Babək Niftəliyev, Bəyimxanım Mirzəyeva, Firuz Səxavət, gənc müğənnilər Abgül Mirzəliyev, Sərxan Bünyadzadə, Hüseyn Məlikov, Məmməd Nəcəfov çıxış ediblər. Əməkdar artist Sabir Məmmədovun aparıcılıq etdiyi gecənin rejissorluğunu, Heydər Əliyev Sarayınınn baş rejissoru Gülçöhrə Şəfiyeva edib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti