...

Uşaq İncəsənət məktəbi hesabat konserti verib (FOTO)

Mədəniyyət Materials 3 May 2017 19:49 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli Uşaq İncəsənət məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib.
Uşaq İncəsənət məktəbi hesabat konserti verib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli Uşaq İncəsənət məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib.

İdarədən Trend-ə verilən məlumata görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər.

Qonaqlar ilk öncə məktəbin rəsm sinifinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Konsertdə istedadlı şagirdlərin ifasında Fikrət Əmirov “Skertso” və “Min bir gecə” baletindən “Ox atanların rəqsi”, Niyazi “Arzu”, Qara Qarayev “Prelüdiya”, xalq mahnısı “Aman təklik əlindən”, Covanni Rossini “Pisliklərin dueti” kimi Azərbaycan, dünya bəstəkarlarının əsərləri və xalq musiqiləri səsləndirilib.

Xəbər lenti

Xəbər lenti