...

Şairə Xəzangül Hüseynovanın "Seçilmiş əsərlər"i çap olunub

Mədəniyyət Materials 31 May 2017 12:23 (UTC +04:00)

Bakı. Trend:

Bu yaxınlarda tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynovanın "Seçilmiş əsərlər"i işıq üzü görüb.

Trend-in məlumatına görə, kitabda şairin şeirləri, poema və pyesləri oxuculara ərməğan olunur.

Qeyd edək ki, Gəncə şəhərində yaşayıb-yaradan şairə Xəzangül Hüseynova 8 kitabın müəllifidir. Bu, müəllifin sayca 9-cu kitabıdır.

Ötən əsrin 70-ci illərindən şeirləri çap olunan şairə Xəzangül 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən isə Türkiyə-Avrasiya Yazarlar Birliyinin üzvüdür.

“Məhəbbətin qənimi” adlı mənzum pyesi Gəncə şəhərində C.Cabbarlı adına Dram Teatrında tamaşaya qoyulub, Türkiyə teatrında da nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti