...

Səfir: Mədəniyyət və mediadakı əməkdaşlıq İran-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayır

Mədəniyyət Materials 4 İyul 2017 14:17 (UTC +04:00)
Mədəniyyət və media sahəsindəki əməkdaşlıq İran və Azərbaycan arasındakı əlaqələrin inkişafında mühüm rol oynayır.
Səfir: Mədəniyyət və mediadakı əməkdaşlıq İran-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayır

Bakı. Fərhad Daneşvər - Trend:

Mədəniyyət və media sahəsindəki əməkdaşlıq İran və Azərbaycan arasındakı əlaqələrin inkişafında mühüm rol oynayır.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə jurnalistlərə deyib.

Diplomat mədəniyyət və media sahəsindəki əməkdaşlıqların iki ölkə arasındakı əlaqələrin inkişafına təsiredici rolunu qeyd edərək, Azərbaycan və İran arasındakı mədəni, ictimai və media əməkdaşlığının artırılmasının əhəmiyyətini vurğulayıb.

Səfir Azərbaycan mədəniyyət günlərinin cari həftə ərzində Tehranda keçirilməsinə, həmçinin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin İrana bir gün öncəki səfərini xatırladaraq deyib: “Azərbaycan və İran arasında hərtərəfli əlaqələrin, o cümlədən, mədəni, ictimai və media sahəsində əməkdaşlığın inkişafı İranın Azərbaycandakı səfirliyi üçün prioritet məsələdir. İran səfirliyinin Mədəniyyət Mərkəzi və Ümumi Siyasət və Mətbuat şöbəsi dost və qardaş Azərbaycanın aidiyyatı orqanları ilə əməkdaşlıq edərək, birgə planların icrası ilə iki ölkənin mədəni, ictimai və media əlaqələrinin inkişafına nail olmasına, iki ölkə arasındakı tarixi, mədəni və dini bağlılıqları layiq bir səviyyəyə çatdırmağa çalışırlar”.

İranın Azərbaycandakı səfiri iki ölkənin əməkdaşlıq səviyyəsinə toxunaraq, İran və Azərbaycan prezidentlərinin ötən dörd il ərzində baş tutan 8 görüşünü və il ərzində iki ölkənin 1.5 milyondan çox vətəndaşının qarşılıqlı səfərlərini iki ölkə arasında tarixi, mədəni və dini bağlılıqların nəticəsi olaraq dəyərləndirib.

Səfir əlavə edib ki, Azərbaycan və İran əlaqələri sarsılmazdır və bütün sahələrdə inkişafa doğrudur.

Diplomat gələn həftə İranın Mədəniyyət və İslami İrşad nazirinin media işləri üzrə müavini Hüseyn İntizaminin başçılığı ilə media nümayəndə heyətinin Bakıya səfər edəcəyini xatırladaraq, Azərbaycan və İran media əməkdaşlığının əhəmiyyətini və iki ölkənin kütləvi informasiya vasitələrinin ikitərəfli əlaqələrin inkişafındakı xüsusi rolunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti