...

Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək (VİDEO)

Mədəniyyət Materials 10 İyul 2017 19:46 (UTC +04:00)
Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.
Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək (VİDEO)

Bakı. Trend:

İyulun 14-də Mədəniyyət kanalının, Azərbaycan Radiosunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyası ilə birgə layihəsi - əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.

Trend-in məlumatına görə, gecədə respublikanın xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, respublikanın xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

Solist respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülnaz İsmayılovadır. Proqramda C.Allahverdiyevin əsərləri səslənəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti