...

Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Mədəniyyət Materials 30 Avqust 2017 15:01 (UTC +04:00)
Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq.
Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Bakı. Trend:

Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq.

Ukraynanın xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov Trend-ə bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Xarkovda açılacaq Mədəniyyət Mərkəzinin sənədləşmə işləri artıq yekunlaşıb.

Mərkəzin nəzdində ART Qalereya və Heykəl Parkı da olacaq.

S.Qurbanov deyib ki, Xarkovda erməni diasporunun güclü olmasına baxmayaraq, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin birbaşa təkidi ilə Mədəniyyət Mərkəzi şəhərin mərkəzində, erməni kilsəsinin yanında açılacaq:

“Azərbaycanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlığımızın nəticəsidir ki, Kiyevin mərkəzində Müslüm Maqomoyev adına park da salınacaq və orada onun heykəli ucaldılacaq. Bu günlərdə Ukrayna Prezidenti Petro Poroşenko tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülməyimdə də səfir Azər Xudiyevlə birgə layihələrimizin böyük təsiri olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti