...

Çəmənzəminlinin 130 illik yubileyi keçirilib

Mədəniyyət Materials 27 Oktyabr 2017 19:48 (UTC +04:00)
Yusif Vəzir Çəmənzəminlinin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Çəmənzəminlinin 130 illik yubileyi keçirilib

Bakı. Trend:

Yusif Vəzir Çəmənzəminlinin 130 illik yubileyi keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Baş İdarənin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, xalq şairi Sabir Rüstəmxanlı, professor, filologiya elmləri doktoru Alxan Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Gülzar İbrahim qızı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Gültəkin Nəcəfli, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, MKS və filial direktorları, oxucular iştirak ediblər.

\Tədbirdə XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən olan Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılıq yoluna nəzər salınıb. Bildirilib ki, yazıçının yaradıcılığının ana xəttini Azərbaycanın istiqlaliyyəti, milli dövlət quruculuğu, millətin oyanışı və tərəqqisi, tariximizin və mədəni irsimizin düzgün tədqiqi və dərki problemləri təşkil edib. Onun qələmindən çıxmış ictimai-siyasi, tarixi məzmunlu əsərlər siyasi düşüncə tariximizin sanballı səhifələrindən sayılır.

Qeyd olunub ki, özündən sonra çox zəngin ədəbi irs qoyub getmiş olan Yusif Vəzir Çəmənzəminlinin əsərləri tədqiq və təbliğə layiq bir xəzinədir. Onun Azərbaycan folkloruna, ədəbiyyat tarixinə dair dərin elmi fikirləri və nəzəri tədqiqatları bu gün də böyük əhəmiyyətə malikdir..

Y.V.Çəmənzəminlinin nəvələri- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rus dili kafedrasının müdiri, dosent Leyla Vəzirova və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Yusif Vəzirov çıxış edərək öz xatirələrini bölüşüblər və tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürlərini bildiriblər.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında Y.V.Çəmənzəminlinin roman və hekayələri əsasında hazırlanmış bədii qiraət təqdim olunub, musiqi nömrələri səsləndirilib, Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığını əks etdirən video-çarx və kitab sərgisi nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti