...

Bakıda məşhur pianoçu Çingiz Sadıxovla vida mərasimi keçirilir (FOTO)

Mədəniyyət Materials 16 Yanvar 2018 13:24 (UTC +04:00)
Bakının "Təzəpir" məscidində məşhur azərbaycanlı pianoçu, xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilir.
Bakıda məşhur pianoçu Çingiz Sadıxovla vida mərasimi keçirilir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Cani Babayeva - Trend:

Bakının "Təzəpir" məscidində məşhur azərbaycanlı pianoçu, xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, mərasimdə tanınmış ictimai, mədəniyyət, incəsənət və elm xadimləri, sənətkarın qohumları və yaxınları iştirak edirlər.

Ç.Sadıxov Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.

Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.

Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb və 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti