Bakı. Trend:
"Art Production" Bakı Pullman hotelində Azərbaycanın milli naxış və ornamentləri mövzusunda uşaq moda müsabiqəsini keçirib.
Trend-in məlumatına görə, tədbirdə 5 – 15 yaş arası 30 model iştirak edib. İştirakçıların geyimləri 15 gənc modelyer tərəfindən hazırlanaraq tamaşaçılara və münsiflər heyətinə təqdim olunub.
Münsiflər heyəti Elza Seyidcahan, Vüqar Kamiloğlu, Vüqar Əbdülov, Ramina Abbasova, Roza Zərgərli, Ədalət Şükürov və Fəxriyyə Xələfovadan ibarət olub. Müsabiqənin qalibi olan 6 model münsiflər heyəti tərəfindən, 3 model isə tamaşaçıların səsi ilə təyin edilib.
Münsiflər heyəti tərəfindən seçilən qaliblər:
1-ci yer qızlar arasında - Muradova Lalə, modelyeri Əliyeva Günel
2-ci yer qızlar arasında - Zaman Feyziran, modelyeri Cəfərova Samirə
3-cü yer - Həsənli Səminə, modelyeri Həsənzadə Xumar
1-ci yer oğlanlar arasında - Quliyev Amin, modelyeri Cəfərova Samirə
2-ci yer oğlanlar arasında - Abiyev Ruslan, modelyeri Ramazanova Yaylagül
3-cü yer oglanlar arasında - Quliyev Arif, modelyeri Cəfərova Samirə
Tamaşaçılar tərəfindən seçilən qaliblər:
1-ci yer - Vaqif Səfərov, modelyeri Səfərova Sevinc
2-ci yer - Mirzəzadə Ayxan, modelyeri Həsənzadə Xumar
3-cü yer - Zülfüqarova Məlahət, modelyeri Aslanova Günay
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az