...

Azərbaycan Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur

Mədəniyyət Materials 28 Fevral 2018 12:23 (UTC +04:00)
Azərbaycan Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur.
Azərbaycan Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur

Bakı. Trend:

Fevralın 28-də Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı, Azərbaycanın Belarusdakı səfirliyinin və "Azərnəşr"in iştirakı ilə ölkəmiz sərgidə təmsil olunur.

Martın 4-dək davam edəcək tədbirdə ölkəmizin mədəniyyətinə, tarixinə, dövlətçiliyinə, Qarabağ həqiqətlərinə dair nəşrlər, turizm potensialı haqqında təbliğat materialları ziyarətçilərin diqqətinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti