...

“YARAT” Akademiyası yaz sessiyasına başlayır

Mədəniyyət Materials 13 Mart 2018 14:49 (UTC +04:00)
Yaz sessiyası üçün tədris proqramı “CITTADELLARTE” Fondu ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.
“YARAT” Akademiyası yaz sessiyasına başlayır

Bakı. Trend:

“YARAT” Akademiyası incəsənət haqqında cəmiyyəti maarifləndirməyi qarşısına məqsəd qoyaraq, geniş resurs və imkanlara malikdir. Xarici və yerli incəsənət ekspertləri tərəfindən keçirilən mühazirə və ustad dərsləri həm bu sahədə təhsil alan, həm də həvəskarlar üçün incəsənət dünyasını daha da dərindən tanımaq üçün əvəzolunmaz fürsətdir.

“YARAT”dan Trend-ə verilən məlumata görə, cari ilin yaz sessiyası üçün tədris proqramı “CITTADELLARTE” Fondu ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Sessiya müddətində “CITTADELLARTE” Fondunun təsviri incəsənət, dəb (fashion), memarlıq və dizayn sahələri üzrə ekspertləri mühazirələr və görüşlər keçirəcəklər.

Sessiya müddətində Bolonya Müasir İncəsənət Muzeyinin direktoru, eyni zamanda Morandi Muzeyi, Ustika Yaddaş Muzeyi, Villa delle Roza və Sandra Natali ART rezidensiyasının rəhbəri Lorenzo Balbinin “Arte Povera” mövzusunda mühazirəsini dinləniləcək. “Yeni texnologiyalar və incəsənət” mövzusuna həsr olunacaq növbəti mühazirə “YARAT” Müasir İncəsənət Məkanının bədii direktoru, kurator və sənətşünas Suad Qarayeva-Malekiyə məxsusdur.

Aprelin 18-də müstəqil kurator və sənətkar, video, fotoqrafiya və rəngkarlıq səhələrində çalışan Sabina Şıxlinskayanın təqdim edəcəyi mühazirənin mövzusu “Azərbaycan incəsənəti yenidənqurma dövründə” həsr olunacaq. Aprelin 20-də isə Azərbaycan Milli Konservatoriyasının xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irsi üzrə eksperti, musiqişünas Cahangir Səlimxanovun “İncəsənət və musiqi” mövzusunda mühazirəsi dinləniləcək.

“YARAT” Müasir İncəsənət Məkanının təsisçisi. Rəngkarlıq, fotoqrafiya, video və instalyasiya növü ilə çalışan sənətkar Aida Mahmudovanın mövzusu isə öz orijinallığı ilə seçilir- “Sənətkar ilə görüş”.

Yeri gəlmişkən qeyd edək ki, YARAT-ın imkanları çıx genişdir. Ödənişsiz müasir kitabxana və Wifi (Kitabxanada dünyanın ən nüfuzlu incəsənət nəşriyyatlarının kitabları Azərbaycan, ingilis və rus dillərində oxucular üçün təqdim olunub. Müxtəlif araşdırmaların həyata keçirilməsi üçün tələbələr WIFI xidmətindən sərbəst şəkildə istifadə edə bilərlər), audio və vizual təqdimat materialları (“YARAT” Akademiyası müddətində keçirilən bütün mühazirələr, ustad dərsləri və görüşlər zamanı istifadə olunan audio və vizual resurslar daimi iştirakçılara təqdim olunur), tərcümə (“YARAT” Akademiyasının bütün xarici mütəxəssis mühazirələri hər zaman Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur) buna əyani sübutdur.

“YARAT” Akademiyasının bütün mühazirələrində aktiv iştirak edən tələbələr kursun yekununda sertifikatla təmin olunacaqlar.

“YARAT” Akademiyasında iştirak etmək istəyənlər martın 26-dək (ad, soyad, ali təhsil ocağının adı, fakültə, əlaqə telefonu) özü haqında məlumatı [email protected] email ünvanına göndərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti