...

Milli Dram Teatrında “Ömürdən uzun gecə” tamaşasının premyerası olub

Mədəniyyət Materials 31 May 2018 10:46 (UTC +04:00)
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib.
Milli Dram Teatrında “Ömürdən uzun gecə” tamaşasının premyerası olub

Bakı. Trend:

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı may 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib.

Trend-in məlumatına görə, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.

Rollarda əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova, Natiq Həziyev, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu və Rövşən Cəfərov çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti