...

"Miss & Mister Grand Azerbaijan 2018"in finalı keçiriləcək

Mədəniyyət Materials 20 İyun 2018 20:42 (UTC +04:00)
Miss & Mister Grand Azerbaijan 2018 möhtəşəm finalı keçiriləcək
"Miss & Mister Grand Azerbaijan 2018"in finalı keçiriləcək

Bakı. Trend:

"Miss & Mister Grand Azerbaijan 2018"in final mərhələsi iyulun 5-də saat 18:00-da Bakıda "Elektra Events Hall"da baş tutacaq.

Trend-in məlumatına görə, möhtəşəm final mərhələsi gərgin mübarizə atmosferində müsabiqə finalçılarının çıxışları ilə başlayıb, gözəl rəqs şousu, musiqili qonaqlarlın ifaları və müsabiqə qaliblərinin adlarının elan olunması ilə başa çatacaq. 10 xanım və 10 bəy finalçı 7 əsas nominasiyanın qazanılması uğrunda gərgin mübarizə aparacaqlar. Həmin nominasiyalar aşağıda qeyd olunub.

Əldə olunan hər bilet 5 səs dəyərində olaraq bir xanım və bir bəy finalçının final nəticələrinin üzərinə toplanacaq. Bütün biletlər "Elektra Events Hall"da baş tutacaq əsas təbirdən sonra "Enerji Club"da baş tutacaq "After party və Welcome Drink"ə girişi təmin edir.

İştirakçılara səs verərərək qalib etmək şansını artıra bilərsiniz. Bunun üçün bileti əldə edərkən, sifarişin şərh bölməsinə səs vermək istədiyiniz bir xanım və bir bəy iştirakçısının iştirak nömrəsini qeyd etməniz kifayətdir.

Nominasiyalar: Miss/Mister Grand Azerbaijan 2018, 1st runner up - Miss/Mister Grand Azerbaijan 2018, 2nd runner up - Miss/Mister Grand Azerbaijan 2018, Miss/Mister Grand Photomodel 2018, Miss/Mister Grand Catwalk 2018, Miss/Mister Grand Physic 2018, Miss Grand Sharm 2018, Mister Grand Style 2018

Hər birinizi möhtəşəm final mərhələsini izləməyə və layiq bildiyiniz finalçıya səs verib qalib etməyə dəvət edirik.

Bilet əldə etmək üçün https://iticket.az/events/miss-mister-grand-azerbaijan

Standart biletlər 20 AZN, VİP biletlər isə 40 AZN-dir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti