...

Xalq artisti Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olunub (FOTO) (YENİLƏNİB)

Mədəniyyət Materials 31 İyul 2018 14:39 (UTC +04:00)
Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olunub
Xalq artisti Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olunub (FOTO) (YENİLƏNİB)

İlk xəbər saat 12:25-də yayımlanıb

Bakı. Trend:

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olunub.

13:57

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə ilə vida mərasimi başa çatıb. Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.

XXX

12:25

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə ilə Bakı Musiqi Akademiyasında vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, vida mərasimində mərhumun yaxınları ilə yanaşı, incəsənət nümayəndələri iştirak edirlər.

Xalq artisti vida mərasimindən sonra II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Azərbaycanın xalq artisti, şöhrət və şərəf ordenli Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti