...

Azərbaycan beynəlxalq sərgi-yarmarkada təmsil olunacaq

Mədəniyyət Materials 5 Sentyabr 2018 09:23 (UTC +04:00)
Sentyabrın 5-də Rusiyanın paytaxtı Moskvada 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Azərbaycan beynəlxalq sərgi-yarmarkada təmsil olunacaq

Bakı. Trend:

Sentyabrın 5-də Rusiyanın paytaxtı Moskvada 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sentyabrın 9-dək davam edəcək sərgi-yarmarkada Mədəniyyət Nazirliyinin təşkilatçılığı və iştirakı ilə ölkəmizin mədəniyyəti, milli nəşrlər nümayiş olunacaq.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan stendində ziyarətçilərə ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulu təqdim ediləcək. Sərgi çərçivəsində müxtəlif nəşriyyatlarla, digər aidiyyəti qurumlar və ədəbi, mədəni təşkilatlarla görüşlər də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti