Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə 300-dən çox və 30-dan çox ölkədən 150-ə yaxın nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar iştirak edir.
Ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulunun təqdim edildiyi Azərbaycan stendi ilk gündən ziyarətçilərin diqqətini cəlb edib. Çoxsaylı kitabsevərlə yanaşı, müxtəlif nəşriyyatların və təşkilatların nümayəndələri də stendimizə maraq göstərir, onlarla görüş zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunur.
2019-cu ildə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təşkili nəzərdə tutulan Avrasiya Ədəbiyyat Festivalı ilə bağlı danışıqların aparılması məqsədilə festivalın təşkilatçısı Avrasiya Xalqları Assambleyasının Ədəbiyyat Şurasının sədri Marqarita Viktorovna Almuxametova ilə görüş keçirilib.
Sərgi sentyabrın 9-na kimi davam edəcək.