Bakı. Trend:
1-10 noyabr 2018-ci il tarixlərində Bakıda “Fantazia” festivalı keçiriləcək.
Trend-in məlumatına görə, tədbir Aİ üzv ölkələri səfirlikləri, eyni zamanda, Mərakeş, Meksika və Moldova səfirlikləri ilə əməkdaşlıq əsasında Avropa İttifaqı Nümayəndəliyi tərəfindən təşkil olunur.
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib ki, bu kimi festivallar xalqlarımız arasında tanışlığı gücləndirir, xüsusən də, yaxınlaşmaya töhfə verir. Son üç il ərzində Meksika səfirliyi həm paytaxtda, həm də regionlarda 100-dən artıq fəaliyyət növü ilə 65 tədbir keçirib.
Meksika mədəniyyətini zənginləşdirən amillərdən biri böyük mədəniyyət, adət-ənənə daşıyıcıları olan yerli xalqların mövcudluğudur. Bu, diplomatik nümayəndəlik vasitəsilə Meksika rəssamlığı, musiqisi, incəsənəti, kinosu və mətbəxinin bəzi nümunələrini Azərbaycan xalqına təqdim etmək mümkün olub.