...

Nəsimi festivalı çərçivəsində “Cosmic Love” qrupu konsert proqramı ilə çıxış edib (FOTO)

Mədəniyyət Materials 29 Sentyabr 2018 01:08 (UTC +04:00)
Ölkəmizdə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində növbəti konsert proqramı sentyabrın 28-də Bakıdakı “Beearif” restoranında reallaşıb.
Nəsimi festivalı çərçivəsində “Cosmic Love” qrupu konsert proqramı ilə çıxış edib (FOTO)

Ölkəmizdə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində növbəti konsert proqramı sentyabrın 28-də Bakıdakı “Beearif” restoranında reallaşıb.

Musiqili gecədə Rusiyanın məşhur “Cosmic Love” qrupu möhtəşəm konsert proqramı ilə çıxış edib. Gecədə kollektivin repertuarında ümumbəşəri sevgi və mənəvi oyanış mövzularına həsr olunan mahnılar dinlənilib. Möhtəşəm ifa nümayiş etdirən qrup konsertdə öz vokal imkanlarını təqdim edərək musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Həmçinin qrup universal musiqi üslubunu səfərbər edərək gecəyə rəngarənglik qatıb. Konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Sentyabrın 30-dək davam edəcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti