...

Nəsimi Festivalı çərçivəsində “DanceAbility” inklüziv rəqs qrupunun konserti olub (FOTO)

Mədəniyyət Materials 29 Sentyabr 2018 20:12 (UTC +04:00)
Sentyabrın 29-da Dənizkənarı Milli Parkda Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “DanceAbility” inklüziv rəqs qrupunun konserti olub
Nəsimi Festivalı çərçivəsində “DanceAbility” inklüziv rəqs qrupunun konserti olub (FOTO)

Bakı. Trend:

Sentyabrın 29-da Dənizkənarı Milli Parkda Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “DanceAbility” inklüziv rəqs qrupunun konserti olub.

Trend-in məlumatına görə, “DanceAbility Azerbaijan” təşkilatının üçgünlük məşqlərinin nəticəsi olan çıxış zamanı sağlamlıq imkanları məhdud şəxslərin də daxil olduğu rəqs qrupu özünüifadə hissinin doğurduğu sevinci tamaşaçılarla bölüşüb. Bu rəqslərin yaratdığı abu-hava Nəsiminin insanda ali və kamil məxluq görməkdən ibarət olan fəlsəfi ruhunu Bakı bulvarına gətirib.

Rəqqasların çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti