...

Heydər Əliyev Sarayında Teymur Əmrahın solo konserti keçiriləcək

Mədəniyyət Materials 30 Oktyabr 2018 23:11 (UTC +04:00)
Yanvarın 13-də Heydər Əliyev Sarayında Azərbaycanın klassik estrada müğənnisi, əməkdar artist Teymur Əmrahın solo konserti keçiriləcək.
Heydər Əliyev Sarayında Teymur Əmrahın solo konserti keçiriləcək

Bakı. Trend:

Yanvarın 13-də Heydər Əliyev Sarayında Azərbaycanın klassik estrada müğənnisi, əməkdar artist Teymur Əmrahın solo konserti keçiriləcək.

Trend-in məlumatına görə, müğənni uzun fasilədən sonra yenidən Heydər Əliyev Sarayında pərəstişkarları qarşısında çıxış edəcək.

“Bu dünya nərdivandır” adlı konsert proqramında Teymur Əmrah repertuarında yer alan və musiqisevərlər tərəfindən tanınan, sevilən, populyarlıq qazanan mahnıları səsləndirəcək. Müğənni konsetdə həmçinin, görkəmli bəstəkarlar Rauf Hacıyev, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimovanın unudulmaz əsərlərini, retro mahnıları ifa edəcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-70 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti