...

Rusiya Böyük Teatrının solistləri Bakıda "Jizel" baletinin tamaşasında iştirak edəcəklər

Mədəniyyət Materials 1 Noyabr 2018 05:19 (UTC +04:00)
Noyabrın 17-də klassik balet sənəti həvəskarları milli Opera və Balet Teatrında Adolf Adanin “Jizel” baletini seyr edə biləcəklər.
Rusiya Böyük Teatrının solistləri Bakıda "Jizel" baletinin tamaşasında iştirak edəcəklər

Bakı. Trend:

Rusiya Akademik Böyük Teatrının aparıcı solistləri Alina Kovalyova və Yakopo Tissinin iştirakı ilə Opera və Balet Teatrının səhnəsində baş tutan "Qu gölü" tamaşasından sonra baletsevərləri növbəti xoş sürpriz gözləyir.

Noyabrın 17-də klassik balet sənəti həvəskarları milli Opera və Balet Teatrında Adolf Adanin “Jizel” baletini seyr edə biləcəklər.

Opera və Balet Teatrından Trend-ə verilən məlumata görə, balet truppası bu dəfə də tamaşanı Rusiya Böyük Teatrının adlı-sanlı solistləri - Anna Nikulina (Jizel) və Ruslan Skvortsovun (qraf Albert) iştirakı ilə təqdim edəcəkdir. Hər iki solist balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibləri və Rusiyanın əməkdar artistləridir. Onlar Avropanın bir çox ölkələrində, habelə ABŞ və Yaponiyada uğurlu qastrol səfərlərində olublar.

Tamaşada həmçinin balet truppasının aparıcı solistlərindən Ayan Eyvazova Mirta və Timur Oduşev Hans rolunu ifa edəcəklər.

Tamaşanı Azərbaycan Respublikasının Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti