...

Argentina səfirliyi ilə Tərcümə Mərkəzinin növbəti birgə layihəsi işıq üzü görüb

Mədəniyyət Materials 3 Yanvar 2019 14:42 (UTC +04:00)

Bakı. Trend:

Argentina səfirliyi ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin növbəti birgə layihəsi – “Bir damcı bəxt” (müəllif K.Pineiro) kitabı işıq üzü görüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, müəllifi tanınmış Argentina yazıçısı Klaudia Pineiro olan kitaba əsərin baş qəhrəmanı Marianın acı taleyindən, ana və oğul arasında yaşanan mürəkkəb münasibətlərdən bəhs edən “Bir damcı bəxt” romanı daxil edilib.

Azərbaycan dilində ilk dəfə işıq üzü görən əsəri orijinaldan Emin Ələsgərov tərcümə edib. Redaktoru Nəriman Əbdülrəhmanlıdır.

Kitab Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Tərcümələrə dəstək üzrə “Sur (Cənub)” Proqramı çərçivəsində ərsəyə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti