...

2019-cu ilin ilk uşaq moda müsabiqəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 10 Yanvar 2019 08:20 (UTC +04:00)
"Yeni il və yeni dəb" adlı 2019-cu ilin ilk uşaq moda müsabiqəsi keçirildi
2019-cu ilin ilk uşaq moda müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

"Art production" "Yeni il və yeni dəb" adlı 2019-cu ilin ilk uşaq moda müsabiqəsini təşkil edib.

Trend-in məlumatına görə, müsabiqədə 15 modelyer, 25 uşaq iştirak edib.

Müsabiqənin münsiflər heyəti modelyer Leyla Əhmədova, model Ramina Abbasova, müğənnilər Nadir Qafarzadə, Roza Zərgərli, Elza Seyidcahan, aparıcı Zaur Əliyev, yazar Vüqar Əbdulovdan ibarət oub.

Gecənin aparıcısı Seyran Babayev olub.

Müsabiqədə 3 oğlan model
1-ci yer Həsənov Cabir, modelyer Aysel Davudqizi
2-ci yer Kərimzadə Kərim, modelyer Hüseynova Nəzrin
3-cü yer Kərimli Adnan, modelyer Quliyeva Sara

və 3 qız (münsiflər heyətinin səslərinə görə)

1-ci yer Cəfərli İnci, modelyer Əbdulova Səriyyə
2-ci yer İbrahimli Alsu, modelyer Əbdulova Səriyyə
3-cü yer Məmmədova Fərəh, modelyer Quliyeva Sara
qalib adı qazanıblar.

Bu səsvermə ilə yanaşı, tamaşaçı səsverməsi ilə də

1-ci yer Rəhimov Əbdülrəhim, modelyer Həsənzadə Xumar
2-ci yer Səfərli Səkinə, modelyer Ağabalayeva Şəhla
3-cü yer Qədimli İsa, modelyer Hüseynova Aytac qalib adı qazanıblar.

Bütün tədbir iştirakçıları sponsorlar tərəfindən hədiyyələr və diplomla təltif olunublar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti