...

Azərbaycan bayatıları Belarus ədəbi portalında

Mədəniyyət Materials 22 Mart 2019 10:06 (UTC +04:00)
Azərbaycan bayatıları Belarus ədəbi portalında
Azərbaycan bayatıları Belarus ədəbi portalında

Bakı. Trend:

Belarusun məşhur “Sozvuçie” ədəbi portalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində milli folklorumuzun qədim janrlarından olan bayatılara geniş yer ayırıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bayatıların rus dilinə tərcüməçisi – görkəmli tərcüməçi, şair Vladimir Qafarovdur.

Qeyd edək ki, portal bir qədər əvvəl eyniadlı layihə çərçivəsində Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahi Azərbaycan şairlərinin həyat və yaradıcılığı haqqında geniş məlumatlara, şeir və qəzəllərinə yer ayırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti