...

Əslən Bakıdan olan Amerika yazıçısının kitabı nəşr olundu

Mədəniyyət Materials 22 Aprel 2019 14:26 (UTC +04:00)
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – bəstəkar, müğənni, yazıçı Ella Leyanın “Kimsəsiz səma” kitabı işıq üzü görüb.
Əslən Bakıdan olan Amerika yazıçısının kitabı nəşr olundu

Bakı. Trend:

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – bəstəkar, müğənni, yazıçı Ella Leyanın “Kimsəsiz səma” kitabı işıq üzü görüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, kitaba Bakıda anadan olmuş, 1990-cı ildə Amerika Birləşmiş Ştatlarına köçmüş müəllifin eyniadlı romanı daxil edilib.

Əsər sovet Azərbaycanında yaşayan bir pianoçunun həyat və yaradıcılıq yolunda qarşılaşdığı məhrumiyyətlərdən bəhs edir.

Kitabı orijinaldan dilimizə Cavidan Ağayev tərcümə edib, redaktorları Etimad Başkeçid və Salam Sarvandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti