Bakı. Trend:
İyunun 1-də "Dubai İnternational Hotel"də (ex.Monolit Plaza) Bakının ən dəbli "Ana-bala" moda (Best Mom Prince Princess) müsabiqəsi təşkil olunacaq.
Təşkilat komitəsindən Trend-ə verilən məlumata görə, artıq 6-cı dəfə reallaşacaq layihə Günay Vəliyeva tərəfindən Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir.
Layihənin keçirilməsində məqsəd iştirakçılarda mənəvi-estetik mədəniyyətin inkişafına dəstək, öz geyim ideyalarının nümayişi və modelləşdirməyə marağın artırılması, "Ana-bala dəbi" üzrə valideynlərin zövqlərinin daha da formalaşdırılması və ən əsası uşaq-valideyn bağının bir formasının da geyim olduğunu göstərməkdir.
Müsabiqədə iştirak edən "Ana-oğul" və ya "Ana-qız" cütlüklər öz zövqlərinə uyğun hazırladıqları dəst geyimdə layihəyə qatılacaqlar. Qeyd edək ki, yaş məhdudiyyəti olmadığı üçün valideynlər istənilən yaşda olan övladları ilə layihəyə qatıla bilər.
Münsiflər heyətində yer alacaq modelyer-dizaynerler və ictimai simalar qiymətləndirmə apardıqdan sonra ilk 3 yerin qalibləri şəffaf qiymətləndirmə sistemi ilə müəyyən edilərək mükafatlandırılacaqlar. Digər iştirakçılar da xatirə olaraq hədiyyə və diplom qazanacaq, nominasiyalarla təltif ediləcəklər.
Tədbir musiqili-əyləncəli xarakter daşıyır.
Qeydiyyat üçün rəsmi instagram səhifəsi və əlaqə telefonu: best_mom_prince_princess, 0503960021
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az