...

Azərbaycan təmsilçisi "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib (FOTO/VİDEO)

Mədəniyyət Materials 17 May 2019 01:12 (UTC +04:00)
İsrailin Tel-Əviv şəhərinin "Ekspo Tel-Əviv" arenasında 64-cü "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib
Azərbaycan təmsilçisi "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib (FOTO/VİDEO)

Bakı. Trend:

İsrailin Tel-Əviv şəhərinin "Ekspo Tel-Əviv" arenasında 64-cü "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Trend-in məlumatına görə, beynəlxalq mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli, teleaparıcılar Erez Tal, Assi Azar və aktrisa Lüsi Ayub olublar.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Truth" mahnısı ilə "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib.

Azərbaycanla yanaşı, finala Şimali Makedoniya, Niderland, Albaniya, İsveç Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta da yüksəliblər.

Qeyd edək ki, final mayın 18-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti