Bakı. Trend:
Azərbaycan Akademik Milli Dram Teatrının “Azərbaycan Gülüş Liqası”nın rəsmi açılış mərasimi baş tutub.
Trend-in məlumatına görə, “Liqa Smexa” Ukraynanın ən reytinqli kanalı olan “1+1” telekanalının yumoristik şousudur.
Konsertdə 15 gənc komanda iştirak edib, onlardan 10-nu layihənin ulduz məşqçiləri tərəfindən müəyyən olunub. Məşqçilər arasında tanınmış rəqqasə-aktrisa Oksana Rəsulova, aktyor-şoumen Azər Baxşəliyev, "Kak po maslu" komandasının frontmeni və aktyoru Səməndər Rzayev, tanınmış DJ China. Habelə, mövsüm boyunca hər oyun dəyişəcək joker-məşqçi, məşqçi yerlərindən birini tutacaq.
İlk oyunda buaktyor, ssenarist Ələkbər Əliyev oldu. Komandalar aşağıdakı kimi bölündü. Oksana Rəsulova - «Necə lazımdı» и «Park Narimanovskoqo perioda»; Səməndər Rzayev «Silvester v stolovoy» и «Gənclik»; Azər Baxşaliyev - «Juqy Jiqule» и «Kirpi»; Dj China - «Cek London» и «Trio Troya»; Ələkbər Əliyev - «Şəhər uşaqları» и «Karl Marksın Kruqu». Mövsümə 6 komanda düşmədi. Onların arasında «6 палата», «Орхан», «Marvel», «3 duz». Həmçinin Azərbaycan Gülüş Liqasının açılışında Ukraynanın tanınmış "Ветераны Космических Войск" komandası çıxış etdi.
Oyunun aparıcısı "Kak po maslu" komandasının kapitanı, «Azerbaycanskaya Liqa Smexа»-nın rəhbəri Cavid Şahbazbəyov idi. “Как по Маслу” komandası Azərbaycanı Beynəlxalq teleməkanda “Лiга Смiху” ilk komanda oldu.
Gənclərə dəstək olmaq üçün Liqanın açılışına azərbaycanın əfsanəvi yumoristləri, “XX əsrin çempion”ları əməkdar artist Tahir İmanov, əməkdar artist Bəhram Bağırzadə, aktyorlar Azər Məmmədzadə, Yana Nikitina, bəstəkar Sevinc Ağasiyeva, aktyor Samir Ələsgərov, aktyor-aparıcı Şəhriyar Əbilov və başqaları gəlmişdilər.
Festivalın açılışında “Liqa Smexa” teleşousunun baş prodüseri Naum Barulya çıxış edərək bol tamaşaçı və gənclərə uğurlar dilədi.
Həmçinin zalda Gürcüstan “Liqa Smexa”-sının rəhbəri Nika Maxviladze iştirak edirdi. "Азербайджанская Лiга Смixу"-nun Baş sponsoru Final Oil, təşkilatı dəstək Bakı şəhər Mədəniyyət Baş İdarəsinə məxsus idi.
İnformasiya dəstəyi – İTV, Trend.az, Day.az, Milli.az.