...

Gəncədə möhtəşəm “Kids Fashion Ganja 2019“ layihəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 16 Oktyabr 2019 21:00 (UTC +04:00)
Gəncədə ilk dəfə olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının 1200 nəfərlik böyük zalında möhtəşəm “Kids Fashion Ganja 2019“ layihəsi keçirilib.
Gəncədə möhtəşəm “Kids Fashion Ganja 2019“ layihəsi keçirilib (FOTO)

Bakı. Trend:

“Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə Gəncə şəhərində ilk dəfə olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının 1200 nəfərlik böyük zalında möhtəşəm “Kids Fashion Ganja 2019“ layihəsi keçirilib.

Trend-in məlumatına görə, “Kids Fashion Ganja 2019“ layihəsində 4-14 yaş arasında uşaqlar iştirak ediblər.

Tədbirdə 65 model, 15 modelyer dizaynerin geyim kolleksiyası və tanınmış dünya brendlərinin yeni payız- qış kolleksiyası nümayiş olunub. İştirak edən modellərin 40 nəfəri qız, 25 nəfəri oğlan modeli təşkil etmişdir. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər,xalq artistləri və əməkdar artistlər, başda tanınmış Əməkdar incəsənət xadimi, modelyer- dizayner Fəxriyyə Xələfova iştirak etmişdir.

Tədbirin layihə rəhbəri “Star Kids Group” şirkətinin direktoru Aygün Əliyeva qeyd etdi ki: "Məqsədimiz Azərbaycanda xususi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onların ilk öncə vətənimizdə daha sonra ölkə xaricində tanıtmaqdır".

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti